AZ

Maldivdə dalğıc faciəsi: Mağarada ölüm tələsi FOTO

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Maldiv adalarında sualtı mağarada baş verən faciə nəticəsində beş italiyalı dalğıc həlak olub, onları xilas etməyə çalışan hərbi dalğıc da həyatını itirib.

İdman.Biz xəbər verir ki, hadisə Vaavu atollu yaxınlığında, dərinliyi təxminən 50-60 metr olan sualtı mağara sistemində baş verib. İtaliyalı dalğıclar mağaranı və dar keçidlərlə birləşən sualtı zalları araşdırmaq istəyiblər.

Məlumata görə, həlak olanlar təcrübəli dalğıclar olub və lazımi sertifikatlara malik idilər. Buna baxmayaraq, hadisənin dəqiq səbəbi hələ müəyyənləşməyib. Maldiv rəsmiləri dalğıcların icazə verilən həddən daha dərinə enib-enmədiyini araşdırır.

Axtarış-xilasetmə əməliyyatı zamanı Maldiv ordusunun hərbi dalğıcı Məhəmməd Mahudhi də həyatını itirib. Onun cəsədlərin çıxarılması üçün aparılan əməliyyat zamanı dekompressiya xəstəliyindən öldüyü bildirilir.

Hadisədən sonra beynəlxalq dalğıc qrupu yaradılıb. Qrupa Finlandiyadan olan texniki dalğıclar, “Divers Alert Network Europe” mütəxəssisləri, yerli sahil mühafizəsi və polis əməkdaşları cəlb olunub. Onlar mağaranın quruluşunu qiymətləndirmək üçün sınaq dalışları keçiriblər.

Son məlumata görə, mağarada aşkarlanan cəsədlərdən ikisi sudan çıxarılıb. Daha əvvəl bir dalğıcın cəsədi mağaranın xaricində tapılıb. Qalan iki nəfərin cəsədinin çıxarılması üçün əməliyyatın mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
icma.az

1Mənbələr