AZ

26 mərtəbəli bina cəmi 5 gündə inşa edildi

Çində tikinti texnologiyası ilə bağlı diqqətçəkən layihə həyata keçirilib.

Musavat.com xəbər verir ki, ölkədə cəmi 5 gün ərzində 26 mərtəbəli yaşayış binasının tikilməsi dünya mediasında böyük maraq doğurub.

Məlumata görə, bina modul sistemlə inşa olunub. Əvvəlcədən zavod şəraitində hazırlanan hissələr tikinti meydançasına gətirilərək birləşdirilib. Bu üsul sayəsində proses həm sürətlənib, həm də ənənəvi tikinti metodları ilə müqayisədə daha az işçi qüvvəsi tələb edib.

Şirkət nümayəndələri bildiriblər ki, binanın əsas konstruksiyası xüsusi polad sistemlə qurulub və zəlzələyə davamlı şəkildə hazırlanıb. Layihədə enerji səmərəliliyi və ekoloji standartların da nəzərə alındığı qeyd olunur.

Tikintinin bu qədər qısa müddətdə tamamlanması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər layihəni “gələcəyin tikinti modeli” adlandırsa da, digərləri belə sürətli tikililərin təhlükəsizliyi ilə bağlı narahatlıq ifadə ediblər.

Mütəxəssislər isə modul tikinti texnologiyalarının gələcəkdə böyük şəhərlərdə mənzil böhranının həllində mühüm rol oynaya biləcəyini bildirirlər. Onların fikrincə, bu üsul həm vaxt, həm də maliyyət baxımından ciddi üstünlüklər yaradır.

Musavat.com

Seçilən
4
musavat.com

1Mənbələr