ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Türkiyə-Ermənistan sərhədi 7 iyun seçkilərindən sonra açılacaq.Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin “Cumhuriyet” qəzetinə müsahibəsində Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib. Səfir Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan normallaşma proseslərinin paralel getdiyini bildirib. O, Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərindən sonra Konstitusiyaya dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağının gözlənildiyini deyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.