AZ

İsrail Livanın cənubunda 25-dən çox hədəfə zərbə endirib

İsrail Müdafiə Ordusu son sutka ərzində Livanın cənubunda "Hizbullah"ın 25-dən çox hədəfinə zərbələr endirib.

Moderator.az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.

Bildirilib ki, hücumların hədəfləri silah anbarları, komanda mərkəzləri, əvvəlki hücumlarda istifadə edilmiş raket qurğuları, həmçinin terror qruplaşmasının hücumların hazırlanması üçün istifadə etdiyi digər infrastruktur olub.

İsrail Livanın cənubundakı Kristofani silsiləsi rayonunda terrorçulara zərbələr endirdiyini, həmçinin "Livanın cənubunda və İsrail ərazisində fəaliyyət göstərən əsgərlərə raket atılan raket qurğularına" hücum etdiyini bildirib.

Seçilən
13
1
moderator.az

2Mənbələr