AZ

Azərbaycan öz resursları hesabına 300 dən çox yaşayış məntəqəsini yenidən qurub Hikmət Hacıyev

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkədə aparılan genişmiqyaslı bərpa və şəhərsalma işləri, həmçinin Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi ilə bağlı fikirlərini açıqlayıb.

Redaktor.az xəbər verir ki, o bu barədə jurnalistlərə verdiyi açıqlamada danışıb.

Hikmət Hacıyev bildirib ki, bu gün Azərbaycan qədər öz milli və maliyyə resursları hesabına 9-a yaxın şəhəri, 300-dən artıq kənd və qəsəbəni yenidən quran ikinci bir ölkə yoxdur.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi mühüm platformalardan birinə çevrilib və COP29-dan sonra Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etməsi ölkəyə olan beynəlxalq etimadın göstəricisidir.

Prezidentin köməkçisi qeyd edib ki, müasir dövrdə hər ölkə bu miqyaslı tədbirləri keçirmək imkanına malik deyil və Azərbaycanın təhlükəsizlik, təşkilatçılıq və hazırlıq səviyyəsi bu cür tədbirlərin Bakıda keçirilməsini mümkün edib.

O vurğulayıb ki, Azərbaycan həm də zəngin şəhərsalma ənənəsinə malik ölkədir və Qəbələ, Naxçıvan kimi qədim şəhərlərdən başlayaraq bu irs bu gün müasir urbanizasiya prosesində də davam etdirilir. Hacıyevin sözlərinə görə, Bakı və digər şəhərlərdə tarixi irsin qorunması və müasir inkişafın vəhdəti beynəlxalq səviyyədə də qəbul olunur.

Hikmət Hacıyev həmçinin postmünaqişə dövründə aparılan yenidənqurma işlərinə toxunaraq bildirib ki, Ermənistanın işğalı nəticəsində yaranmış məcburi köçkün problemi Azərbaycan tərəfindən mərhələli şəkildə həll edilib və bu gün həmin ərazilərdə genişmiqyaslı bərpa və məskunlaşma prosesi həyata keçirilir.

Onun sözlərinə görə, bu təcrübə Azərbaycanı qlobal şəhərsalma və bərpa proseslərinin müzakirə olunduğu mühüm mərkəzlərdən birinə çevirib.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
redaktor.az

2Mənbələr