Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Mayın 7-8-də pey-off seriyalarında 4-cü oyunlar keçirildi. “Olimpiakos”un “Monako”ya ardıcıl üç oyunda qalib gəlməklə “4-lər finalı”na vəsiqə qazandığını xəbər vermişdik. Bu komandanın ardından “Real”la “Fənərbaxça” da hədəfinə çatdı. “Valensiya” ilə “Panatinaikos” arasındakı seriyada isə 5-ci oyunda da ehtiyac duyuldu. Srağagün keçirilən həlledici oyundan qalib ayrılan “Valensiya” da “4-lər finalı”na vəsiqə qazandı.Xatırladaq ki, bu il “4-lər finalı” Yunanıstanın paytaxtı Afinada keçiriləcək. Yarımfinal oyunları (Valensiya – Real, Olimpiakos – Fənərbaxça) mayın 22-də, 3-cü yer uğrunda oyun və final isə 24-də olacaq.Hapoel T-Ə (İsrail) - Real (İspaniya) 78:87 (21:23, 15:23, 17:17, 25:24) Seriyada hesab – 1:3.Jalgiris (Litva) - Fənərbaxça (Türkiyə) 90:94 OT (20:25, 22:22, 20:14, 18:19, 10:14) Seriyada hesab – 1:3. Panatinaikos (Yunanıstan) - Valensiya (İspaniya) 86:89 (15:26, 22:18, 19:16, 30:29)Seriyada hesab – 2:2.Valensiya – Panatinaikos 81:64 (14:10, 21:13, 21:27, 25:14)Seriyada hesab – 3:2.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.