AZ

85 mindən çox azərbaycanlı Qarabağ və Şərqi Zəngəzura qayıdıb

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səksən beş mindən çox azərbaycanlı Qarabağ və Şərqi Zəngəzur bölgələrinə geri qayıdaraq, hazırda bu ərazilərdə yaşayır, işləyir, təhsil alır və özlərinə yeni həyat qurur. Hər bir insanın mənzil hüququna malik olması və bu bölgələrin yenidən qurulması prosesi sürətlə davam etdirilir.

Gununsesi.info xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Qlobal mərkəz koalisiyalarında mənzil” adlı panel iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan həm digər ölkələrin qabaqcıl təcrübələrindən öyrənməyə, həm də özünün postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı unikal təcrübəni, eləcə də qarşılaşdığı çətinlikləri beynəlxalq ictimaiyyətlə bölüşməyə tam hazırdır. Məhz bu düşüncə ilə ölkəmiz Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etmək üçün ən uyğun məkanlardan biridir.

“Dünyanın müxtəlif nöqtələrində, o cümlədən bizim regionda yeni müharibələrin və münaqişələrin alovlandığı, şəhərlərin və insan məskənlərinin gözümüzün qarşısında dağıldığı bir dövrdə Azərbaycan bəşəriyyət üçün fəlakətli olan bu cür şəraitdə həm öyrənməyə, həm də öz reallıqlarını və təcrübəsini dünya ilə bölüşməyə hazırdır”, – deyə Prezidentin köməkçisi diqqətə çatdırıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
10
icma.az

10Mənbələr