AZ

İrlandiya prezidentinin bacısı Qəzza flotiliyasında saxlanıldı: İsrailə aparılır

İrlandiya prezidentinin bacısı, doktor Marqaret Konnolli Qəzzaya humanitar yardım aparan “Sumud” flotiliyasına (eyni məqsəd üçün birlikdə hərəkət edən kiçik gəmilər qrupu) İsrail hərbçiləri tərəfindən edilən müdaxilə zamanı saxlanılıb və İsrailə aparılır.

Publika.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Bildirilir ki, doktor Konnolli Qəzzaya yönələn “Sumud” adlı humanitar flotiliyada olan ən azı 6 irland vətəndaşından biridir. Onlar Kıpr yaxınlığında İsrail tərəfindən saxlanılıb.

Məlumata görə, 18 may tarixində İsrail qüvvələri beynəlxalq sularda ən azı 28 qayığı ələ keçirib. “Sumud” tərəfi isə saxlanılan gəmilərlə əlaqənin kəsildiyini açıqlayıb.

İsrail Xarici İşlər Nazirliyi flotiliyanı “təxribat” adlandırıb və gəmilərdə heç bir humanitar yardımın olmadığını bildirib.

Seçilən
9
publika.az

1Mənbələr