AZ

Azərbaycanda əhalinin gəlirləri 28 milyard manatı keçdi

Azərbaycanda əhalinin gəlirləri artıb. 2026-cı ilin ilk 4 ayında nominal gəlirlər 28 milyard manatı ötüb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, 2026-cı ilin yanvar-aprel aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artaraq 28702,4 milyon manat təşkil edib.

Bildirilir ki, həmin dövrdə əhalinin hər nəfərinə düşən orta gəlir 698,9 manat olub.

Əhalinin sərəncamında qalan gəlirləri isə 25112,5 milyon manat təşkil edib.

Bizim.Media

Seçilən
10
1
bizim.media

2Mənbələr