AZ

Tehran Fond Birjası yenidən açıldı

28 fevralda ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibə zamanı bağlanmış Tehran Fond Birjası 80 gündən sonra yenidən açılıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.  Müharibə səbəbindən 80 gün bağlı qalan, ölkənin ən böyük və əsas fond bazarı olan Tehran Fond Birjasının mayın 19-da ticarətə başladığı bildirilir.

Açılışla səhmlər, səhm fondları və səhmlərlə əlaqəli ticarət yenidən başlayıb.

Müharibə zamanı zərər çəkən və vacib məlumatları açıqlayacaq böyük firmalar, eləcə də bağlanma zamanı səhmdarların iclaslarını keçirən firmalar üçün daha geniş bir müddət təmin etmək üçün bazarın iş vaxtı bir saat uzadılacaq.

Birtərəfli ABŞ sanksiyaları nəticəsində qlobal indekslərdən təcrid olunmuş Tehran Fond Birjası müharibə başlayandan bəri fəaliyyətini dayandırmışdı. 

Seçilən
4
cebheinfo.az

1Mənbələr