AZ

Mourinyo Barselona ya psixoloji zərbə vurmaq istəyir

ain.az, sport24.az saytına istinadən bildirir.

"Real"ın sükanı arxasına qayıtmağa hazırlaşan Joze Mourinyo gələn mövsüm üçün transfer siyahısını müəyyənləşdirib. Sport24.az "The İndependent" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin əsas hədəflərindən biri hazırda "Barselona"da çıxış edən Markus Reşforddur.Mənbənin məlumatına görə, Mourinyo "Mançester Yunayted"dən yaxından tanıdığı ingilis hücumçunu "Real"ın yeni layihəsində əsas fiqurlardan biri kimi görür. Təcrübəli mütəxəssis bu transferin həm "Kral klubu"nu gücləndirmək, həm də "Barselona"ya psixoloji zərbə vurmaq məqsədi daşıdığı bildirilir. Reşfordun isə əsas məqsədi Katalonya klubunda qalmaqdır.Qeyd edək ki, Markus Reşford bu mövsüm "göy-qırmızılar"ın heyətində keçirdiyi 48 rəsmi oyunda 14 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
sport24.az

1Mənbələr