ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Sədərək yolu istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza mayın 18-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 10-UL-960 dövlət nömrə nişanlı “QAZ-3302” markalı yük avtomobilinin yük hissəsi hərəkət zamanı dağılıb. Nəticədə kisələrdə daşınan kartoflar yola səpələnib.
İlkin ehtimala görə, hadisəyə səbəb avtomobilin normadan artıq yüklənməsi olub. Qəza səbəbindən yolda bir müddət nəqliyyat sıxlığı yaranıb.
Daha sonra qəzaya düşən yük avtomobili ərazidən kənarlaşdırılıb.
Nərmin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.