AZ

Aygün Əliyeva: Vaxtilə “Qafqazın Hiroşiması” adlandırılan Ağdam bu gün yenidənqurma və dirçəlişin simvoluna çevrilir

Bakı, 19 may, AZƏRTAC

Dayanıqlı şəhər inkişafı və şəhərsalma vətəndaş cəmiyyətinin iştirakı və tərəfdaşlığı olmadan uğur qazana bilməz.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “QHT Forumu: Qlobal tərəfdaşlıqlar və qərarqəbuletmə” adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, ilk dəfə olaraq Ümumdünya Şəhərsalma Forumunun rəsmi proqramı çərçivəsində QHT Forumu təşkil olunur və bunun Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Aygün Əliyeva əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” modelləri tətbiq olunur, yaşıl enerji zonaları yaradılır və insan mərkəzli inkişaf konsepsiyası həyata keçirilir.

Bildirib ki, vaxtilə “Qafqazın Hiroşiması” adlandırılan Ağdam bu gün yenidənqurma və dirçəlişin simvoluna çevrilir. Onun sözlərinə görə, Şuşada da həyat tədricən öz axarına qayıdır və uşaqların uzun illərdən sonra məktəblərə qayıtması Qarabağa həyatın və ümidin geri dönməsinin rəmzidir.

Seçilən
42
1
azertag.az

2Mənbələr