AZ

“Mənə ulduzlar lazım deyil...” Ançelotti

ain.az, Yeniavaz saytına istinadən bildirir.

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın qarşıdan gələn Dünya Kubokunda oynayıb-oynamayacağı ilə bağlı suala cavab verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə UOL portalı məlumat yayıb.

“Neymar haqqında qiymətləndirmələrim onun fiziki hazırlığı ilə bağlıdır. O, son oyunlarda müəyyən oyun təcrübəsi qazanıb. Dünya Kuboku başlayana qədər formasını yaxşılaşdırmaq üçün hələ vaxtı ola bilər. Amma biz onun oxşar turnirlərdə oynamaq təcrübəsinin, komandanın ona qarşı münasibətinin və komanda daxilində yarada biləcəyi atmosferin nə qədər vacib olduğunu başa düşürük”, - deyə Ançelotti bildirib.

Ançelotti həmçinin ona ulduzların deyil, nəticə üçün çalışmağa hazır olan oyunçuların lazım olduğunu qeyd edib.

“Bu məsələdə tamamilə açıq olmaq istəyirəm: Neymar yalnız layiq olduğu təqdirdə oynayacaq. Qarşıda məşqlərimiz var və qərarlar bu məşqlərin nəticələrinə əsasən veriləcək. Bütün məsuliyyəti bir oyunçunun üzərinə qoymaq olmaz. Komanda vahid bir komanda kimi hərəkət etməli və hər bir oyunçu Dünya Kubokunu qazanmaq üçün öz bacarıqlarından istifadə etməlidir. Mənə ulduzlar lazım deyil, nəticə üçün çalışmağa hazır olan oyunçular lazımdır”, - Ançelotti bildirib.

Ançelotti həmçinin Neymarın hücum mərkəzinə daha yaxın olduğunu qeyd edib.

Qeyd edək ki, Neymarın Dünya Kuboku üçün milli komandaya çağırılması dünən rəsmi olaraq açıqlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
yeniavaz.com

2Mənbələr