AZ

Bəzi televiziya kanalları gender bərabərliyi prinsipini pozur

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Gender ayrı-seçkiliyinin pozulmasına görə bir sıra televiziya kanallarına qadağalar tətbiq olunub.

Gununsesi.info xəbər verir ki, bu, Milli Məlisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında öz əksini tapıb.

Audiovizual Şuranın məlumatına əsasən, il ərzində aparılmış  monitorinqlər zamanı “Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin pozulması, yəni cinsi (gender) ayrı-seçkiliyin təbliği nəticəsində ilin müxtəlif vaxtlarında “Space TV”, “Xəzər TV”, “ARB”, “Baku TV” kanallarına rəsmi xəbərdarlıq edilib, bir dəfə “Space TV” kanalının yayımı 6 saatlıq, “Kanal S” kanalının yayımı isə 24 saatlıq dayandırılıb.

Ailə institutunu nüfuzdan salan informasiyanın yayılmasına görə isə müxtəlif vaxtlarda “MTV” kanalına rəsmi xəbərdarlıq verilib, həmçinin inzibati xəta haqqında protokol tərtib olunaraq müvafiq məhkəməyə göndərilib. Yerüstü televiziya və peyk yayımı həyata keçirən yayımçıların proqram rəhbərləri və səlahiyyətli şəxslərinin iştirakı ilə keçirilmiş görüşdə gender bərabərliyi və cinsi ayrı-seçkiliyin qarşısının alınmasında maa rifləndirmənin rolu müzakirə olunub.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
icma.az

1Mənbələr