Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“İstifadəyə yararsız olan, köhnəlmiş xalçaları axtarıb, tapırıq. Onların saf hissələri üzərində ornamentlərə inteqrasiya edərək rəsmlər çəkirik və beləliklə bu özü ayrı bir əsərə çevrilir”.Bunu Bizim.Media-ya açıqlamasında "Arts Council Azerbaijan”ın sədr müavini Sona Quliyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil edilən "İkinci həyat - xalçaların üzərində rəsm" layihəsi haqqında danışarkən deyib.Onun sözlərinə görə, rəssamlar köhnə xalçaların üzərində rəsm çəkməklə onlara yeni həyat verirlər:"Dünyanın əksər ölkələrində xalçaların üzərində rəsm çəkirlər. Lakin onlar saf xalçanı istifadə edir, biz isə zədələnmiş, tullantıya çevrilən, köhnəlmiş xalçalardan istifadə edirik. Yəni onlara ikinci həyat veririk. Bu layihə BMT -nin dayanıqlı inkişaf məqsədlərini əhatə edir".



Günay Şahmar, Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.