AZ

Bu ərazidən keçsəniz, başınıza daş düşə bilər Bakıda ölüm saçan bina VİDEO

ain.az, Bakupost saytına istinadən bildirir.

Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 3e ünvanında yerləşən binalardan birinin eyvan örtüyü qoparaq qəzalı vəziyyət yaradıb.

Bakupost.az xəbər verir ki, bu barədə bloger Saleh Nəsirov paylaşım edib.

Məlumatda bildirilib ki, məsələ ilə bağlı dəfələrlə Fövqəladə Hallar Nazirliyinə və Mənzil-Kommunal İstismar Sahəsinə (JEK) müraciət olunsa da, heç bir tədbir görülməyib.

“Buradan hər gün minlərlə insan keçir. Aidiyyəti qurumlar sadəcə baxıb gediblər”, - deyə paylaşlmda qeyd olunub.

Məsələnin ciddiliyini nəzərə alaraq Nəsimi Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Lakin qurumun mətbuat xidməti çoxsaylı zəng və mesajlarımıza baxmayaraq, sorğumuza cavab vermədi.

Lalə, BakuPost

" target="_blank">

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
www.bakupost.az

1Mənbələr