AZ

Tbilisi meri: Gürcüstan Azərbaycan münasibətlərinin dərinləşməsini alqışlayıram

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Gürcüstan və Azərbaycan arasında müxtəlif sahələrdə imzalanan yeni müqavilələr yalnız alqışlanmalıdır".

APA-nın yerli bürosu xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında deyib.

O, sıravi Gürcüstan vətəndaşı və paytaxt meri kimi Gürcüstanla Azərbaycan arasında mövcud münasibətlərin dərinləşməsini çox müsbət qarşıladığını qeyd edib.

"Azərbaycan qonşu ölkəmiz olmaqla yanaşı həm də strateji tərəfdaşımızdır. İllərdir çox yaxın və dost münasibətlərimiz mövcuddur. Energetika və dəmir yolu sektorlarında müqavilələrin imzalanmasına çox şadam. Bir neçə ildən sonra ilk dəfə olaraq Gürcüstan və Azərbaycanı dəmir yolu ilə əlaqələndirmək mümkün olacaq ki. Bu, çox yaxşıdır", - Kaladze əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
4
apa.az

5Mənbələr