Azərbaycan Pakistanın Pəncab əyaləti ilə iqtisadiyyatın müxtəlif sahələrində birgə fəaliyyətin gücləndirilməsi barədə müzakirələr aparılıb.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, M. Cabbarov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif ilə görüşüb.
Görüşdə Azərbaycan-Pakistan strateji tərəfdaşlığını məmnunluqla vurğulanıb: "Ölkələrimizin iqtisadi sahədə əməkdaşlıq potensialının tam reallaşdırılması, Pəncab əyaləti ilə investisiya, ticarət, enerji, sənaye, nəqliyyat və digər sahələrdə birgə fəaliyyətin gücləndirilməsi barədə müzakirələr apardıq", - deyə o bildirib.
Nazir preferensial ticarət sazişinin biznes əlaqələrinin gücləndirilməsində rolunu və işgüzar münasibətlərin fəal dəstəklənməsi qeyd edib.
Ümumdünya Şəhərsalma Forumu (WUF13) (@WUF13Azerbaijan) çərçivəsində Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri xanım Məryəm Nəvaz Şərif (@MaryamNSharif) ilə keçirilən görüşdə #Azərbaycan - #Pakistan strateji tərəfdaşlığını məmnunluqla vurğuladıq.
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 19, 2026
Ölkələrimizin… pic.twitter.com/9ZRFIRzuT7