Kataloniya hüquq-mühafizə orqanları İspaniya geyim şirkəti "Mango"nun təsisçisi İsaak Andiçin oğlu Conatan Andiçi atasını qətlə yetirməkdə şübhəli bilinərək saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə "La Vanguardia" qəzeti yazıb.
Nəşr bildirir ki, "Katalan polisi iş adamı və "Mango"nun qurucusu İsaak Andiçin oğlu Conatan Andiçi qətldə şübhəli bilinərək həbs edib. "Mango"nun qurucusunun oğlu Martorelldə məhkəməyə gətirilib və hazırda orada ifadə verir", - deyə nəşr bildirir.
Qeyd edək ki, İsaak Andiç 2024-cü ildə ölüb. Saxlanılan şəxs əvvəllər valideyninin ölümündə hər hansı bir əlaqəsini inkar edərək bunun qəza olduğunu iddia edib.
71 yaşlı İsaak Andiç 2024-cü ilin dekabr ayında Barselona əyalətinin dağlarında vəfat edib. "El País" qəzetinin məlumatına görə, faciə Salnitre mağaralarının yaxınlığında 150 metr yüksəklikdə ekskursiya zamanı baş verib.
17 may 2026-cı ildə polis Andikin ölümü ilə bağlı istintaqı yenidən açıb. İş adamının qətli yeganə şahid - oğlu Conatanla əlaqələndirilir. Deyilənə görə, ata ilə oğul arasındakı gərginlik hökm sürürmüş.