AZ

“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!

Misli premyer-liqasının 33-cü turunun “Kəpəz” - “Neftçi” oyununun keçiriləcəyi stadion dəyişib. Bu oyun Yevlaxda yox, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Bu qərarı futbol ictimaiyyəti birmənalı qarşılamadı. Səbəbini öyrənmək üçün Gəncə təmsilçisinin Media və marketinq departamentinin rəhbəri Gəray Qiyasova müraciət etdik.
“Neftçi” avrokuboklara hazırlaşmaq və süni meydançada zədələrin qarşısını almaq üçün bizdən oyun yerinin dəyişdirilməsini istədi. Biz də etiraz etmədik. Əvvəlcə “Neftçi Arena” təklifi irəli sürülmüşdü. Biz oranı qəbul etmədik və neytral meydan seçdik”.
Xatırladaq ki, “Kəpəz” – “Neftçi” oyunu mayın 23-də keçiriləcək.
MÜZƏFFƏR QULUZADƏ

Seçilən
15
1
football-plus.az

2Mənbələr