AZ

Anar Quliyev: Azərbaycanda 65 şəhər artıq 20 illik baş planlarla idarə olunur

Hazırda ölkənin 79 şəhərindən 65-i 20 illik baş planlarla idarə olunur, daha 10 şəhər üzrə sənədlər təsdiq mərhələsindədir. Bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri  Anar Quliyev Dünya Şəhər Forumunun (WUF13) çərçivəsində təşkil olunan Türk Dövlətləri Təşkilatının (TDT) Urban Dialoqunda şəhərləşmə, dayanıqlı inkişaf və regional əməkdaşlıq məsələləri üzrə  müzakirədə deyib.

"Hazırda region sürətli urbanizasiya dövrünü yaşayır. Son on ildə Mərkəzi və Qərbi Asiyada şəhər əhalisinin 35–45 faiz artıb.. Bununla yanaşı, iqlim dəyişiklikləri və seysmik risklər şəhərlərin inkişafında yeni çağırışlar yaradır. Ötən ilin oktyabrında keçirilən Qəbələ Zirvə Toplantısında dövlət başçıları şəhərsalma, məkan planlaşdırılması və dayanıqlı şəhər inkişafı sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı qərarlar qəbul ediblər. Həmçinin üzv ölkələr arasında bilik mübadiləsi, dayanıqlı yenidənqurma və “ağıllı şəhər” həlləri ümumi prioritet kimi müəyyən olunub",- o bildirib.

 Həmçinin o bilfirib ki, Bakı Baş Planı 2040 layihəsi paytaxtın insan mərkəzli və ekoloji baxımda dayanıqlı inkişaf modelinə keçidini nəzərdə tutur. Mənzil siyasətinin isə sosial sabitlik və inklüziv iqtisadi inkişafın əsas elementi kimi qiymətləndirilir.

Aytac

Seçilən
0
2
anews.az

3Mənbələr