AZ

MDU dan rekord nəticə: Universitetin 68 əməkdaşı və tələbəsi “Orhun Mübadilə Proqramı”na qəbul olub

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Mingəçevir, 19 may, AZƏRTAC

Mingəçevir Dövlət Universiteti beynəlxalq akademik mobillik sahəsində uğura imza atıb.

AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ali təhsil müəssisəsi “Orhun Mübadilə Proqramı” çərçivəsində ən yüksək qəbul göstəricisinə nail olaraq fəaliyyət göstərdiyi dövr ərzində rekord nəticə əldə edib.

Bu münasibətlə MDU-nun rektoru Anar Eminov proqram çərçivəsində Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan universitetlərinə qəbul olunan tələbə və müəllimlərlə görüşüb. Görüşdə proqram üzrə uğur qazanan 56 tələbə və 12 müəllim iştirak edib.

Bildirilib ki, qəbul olunan tələbələrin böyük əksəriyyəti mühəndislik və iqtisadiyyat ixtisasları üzrə təhsil alacaq. Əldə olunan yüksək nəticə universitetin beynəlxalq mobillik imkanlarının genişləndiyini və tələbələrin qlobal təhsil mühitinə artan marağını əks etdirir.

Rektor Anar Eminov çıxışında proqram iştirakçılarını təbrik edərək onların gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Vurğulayıb ki, beynəlxalq mübadilə proqramları tələbələrin peşəkar inkişafına, yeni bilik və bacarıqlar əldə etməsinə, eləcə də universitetin beynəlxalq əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə verir.

Görüş zamanı tələbələrə xarici universitetlərdə təhsil aldıqları müddətdə Mingəçevir Dövlət Universitetini layiqincə təmsil etmək, akademik fəaliyyətlərdə aktiv iştirak və qazandıqları bilikləri gələcəkdə ölkənin inkişafına yönəltmək tövsiyə olunub.

Müxbir – Vüsalə Cənnətova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
azertag.az

2Mənbələr