AZ

Bu əsgərlər həftəsonları evə buraxılacaq? MÜHÜM AÇIQLAMA KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir dövrdə bir çox ölkələrdə hərbi xidmətdə sosial təminatın və şəxsi heyətin psixoloji rahatlığının artırılması istiqamətində yeni yanaşmalar tətbiq olunur. Xüsusilə əsgərlərin ailələri ilə əlaqələrinin qorunması, xidmət şəraitinin daha çevik təşkili və motivasiyanın yüksəldilməsi məqsədilə bəzi ordularda həftəsonu qısamüddətli buraxılış təcrübəsinə üstünlük verilir.

Azərbaycanda da gələcəkdə müddətli həqiqi hərbi xidmət keçən əsgərlərin müəyyən şərtlərlə həftə sonları evə buraxılması mümkün ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, müddətli həqiqi hərbi xidmət qulluqçularına həftə sonu və bayram günlərində hərbi hissə komandirinin qərarı əsasında qısa müddətli buraxılış və ya məzuniyyət verilir.

“Bu, nizamnamə tələblərinə uyğun şəkildə həyata keçirilir. Xidmətdə fərqlənən və nümunəvi davranışı ilə seçilən müddətli həqiqi hərbi xidmət qulluqçuları buraxılışa təqdim edilir.

İntizam tənbehi alan şəxslər, eləcə də xidməti vəzifələrinin icrası ilə əlaqədar hərbi hissədə qalmalı olan heyət buraxılışa cəlb edilmir”.

Ə.Verdiyev vurğulayıb ki, bu cür buraxılışlar qısa müddətli olur və hərbi hissələrin daxili nizam-intizam qaydaları, həmçinin gündəlik rejim əsasında tənzimlənir.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
konkret.az

2Mənbələr