AZ

Polşa xəbərdarlıq edir: Aİ və NATO təhlükə altındadır

Polşa iddia edir ki, Belarus sərhədində qeyri-qanuni sərhəd keçid cəhdləri Rusiya və Belarus tərəfindən Avropaya qarşı təzyiq taktikası kimi istifadə olunur.

Turkustan.az xəbər verir ki, Varşava məsələni NATO-nun şərq cinahının təhlükəsizliyi ilə əlaqələndirərək sərhəddə təhlükəsizlik tədbirlərini artırır.

Polşa iddia edir ki, Belarus sərhədində qeyri-qanuni keçid cəhdləri Avropa təhlükəsizliyinə təzyiq göstərən yeni bir vasitəyə çevrilib. Polşa hakimiyyəti Rusiya və Belarusu Yaxın Şərq, Afrika və Cənubi Asiyadan olan insanları Minsk və Qrodno vasitəsilə Avropa Birliyi sərhədlərinə yönəltməkdə ittiham edir.

Polşa hakimiyyətinin fikrincə, bu metod sərhəd təhlükəsizlik qüvvələrini gərginləşdirməyə, Avropa Birliyi daxilində siyasi gərginlik yaratmağa və NATO -nun şərq cinahının dayanıqlığını sınamağa yönəlib. Varşava hökuməti hadisələrə klassik miqrasiya məsələsi kimi deyil, "hibrid təhdid" kimi baxır.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
27
1
turkustan.az

2Mənbələr