AZ

Dənizin ortasında avtomobil yolu tikildi, amma... FOTOLAR

ain.az, Avtosfer saytına istinadən bildirir.

Fransada dənizin ortasında inşa edilən qeyri-adi avtomobil yolu sosial şəbəkələrdə və dünya mediasında böyük maraq doğurub.

Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, “Passage du Gois” adlanan bu yol materiklə Noirmoutier adasını birləşdirir. Lakin yolun ən maraqlı tərəfi onun günün müəyyən saatlarında tamamilə su altında qalmasıdır.

Məlumata görə, təxminən 4,5 kilometr uzunluğundakı yol yalnız su çəkiləndə istifadə edilə bilir. Suyun qalxması ilə birlikdə yol tamamilə yox olur və nəqliyyat dayanır. Bu səbəbdən sürücülər keçid saatlarına ciddi şəkildə əməl etməlidirlər.

Yerli hakimiyyət orqanları bildirirlər ki, hər il bəzi sürücülər vaxtı düzgün hesablamadıqları üçün yolda çətin vəziyyətdə qalırlar. Yol boyunca fövqəladə hallar üçün xüsusi xilasetmə qüllələri yerləşdirilib. Su səviyyəsi qalxdıqda avtomobillərini xilas edə bilməyən şəxslər bu platformalara çıxaraq kömək gözləyirlər.

Passage du Gois hazırda Fransanın ən maraqlı turistik nöqtələrindən biri hesab olunur. Xüsusilə fotoqraflar və turistlər suyun çəkildiyi anlarda ortaya çıxan yolu görmək üçün bölgəyə axın edirlər.

Mütəxəssislər bildirirlər ki, bu yol həm mühəndislik baxımından unikal layihədir, həm də təbiətin gücünü açıq şəkildə göstərən nadir nümunələrdən biri sayılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
avtosfer.az

3Mənbələr