AZ

Rossbax: "Bakıya normadan 400 dəfə artıq yağış yağdı, mayda bunu kim gözləyərdi?"

"Bir neçə gün əvvəl Bakıya normadan 400 dəfə artıq yağış yağıb".

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Şəhərlər bağlantının mərkəzində: Yenidənqurma və regional əməkdaşlıq" mövzusundakı xüsusi sessiyada deyib.

O bildirib ki, bu yağışların qarşısını almaq mümkün deyildi:

"Bu hadisələr iqlim dəyişikliyinin təzahürüdür. May ayında kim belə şey gözləyərdi? Biz buna uyğun cəmiyyət qurmalıyıq. Binalarımızı, evlərimizi ona uyğun tikməliyik. İnsanlar iqlim dəyişikliyinə hazır olmalıdır".

Seçilən
2
1
far.az

2Mənbələr