ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Stokholm, 19 may, AZƏRTAC
İsveç hökuməti “Naval Group” şirkətindən dörd yeni fransız freqatı alacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir Ulf Kristersson Stokholmda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, sövdələşmə İsveçin “Gripen” qırıcı təyyarələrinin alınmasından bəri ən böyük müdafiə investisiyalarından biri olacaq.
Müdafiə naziri Pol Yonson qeyd edib ki, Fransa gəmilərinin seçilməsində əsas amil onların sürətli çatdırılması imkanı olub.
Yeni freqatlar müasir hava hücumundan müdafiə sistemləri ilə təchiz olunacaq və təyyarələrə, raketlərə, dronlara qarşı dura biləcək. Hakimiyyət orqanları gəmilərin NATO ərazisində missiyalar yerinə yetirə biləcəyini gözləyir ki, bu da daha böyük və texnoloji cəhətdən təchiz edilmiş gəmilər tələb edir.
Bu açıqlama İsveçin NATO-ya qoşulduqdan sonra müdafiə potensialının gücləndirilməsinin davam etdirilməsi fonunda verilib.
Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.