AZ

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş tədqiqatçısından şok AÇIQLAMA: ABŞ 4 növ yadplanetlini gizlədir

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əlaqəli layihələrdə çalışmış keçmiş tədqiqatçı Hal Putoff sensasion açıqlama ilə çıxış edib.

Turkustan.az xarici mediaya istinadla xəbər verir ki, onun sözlərinə görə, qəzaya uğramış uçan naməlum obyektlərin araşdırılması prosesində iştirak edən şəxslər ona ən azı dörd ayrı yadplanetli növünün mövcud olduğunu bildiriblər.

“Tədqiqatlarda iştirak edən insanlar dörd fərqli həyat formasının olduğunu deyirdilər. Mən onların sözlərinə inanıram”, - keçmiş tədqiqatçı bildirib.

Mövzu ətrafında çıxış edən digər araşdırmaçılar da yadplanetli növlərini bozlar, nordiklər, reptiloidlər və həşəratabənzər canlılar kimi təsvir ediblər. Astrofizik Erik Devisin sözlərinə görə, bu canlıların əksəriyyəti insanabənzər görünüşə malikdir. O iddia edib ki, nordiklər demək olar insanlara bənzəyir, reptiloidlərin isə dərisi pulcuqlarla örtülüdür.

Ən məşhur yadplanetli obrazı isə iri gözlü və balacaboy bozlar hesab olunur. Həşəratabənzər canlıların isə ibadət edən mantisə bənzədiyi bildirilir.

Bununla belə, alimlər vurğulayırlar ki, bu günə qədər yadplanetlilərin mövcudluğunu təsdiqləyən heç bir elmi sübut yoxdur. Buna baxmayaraq, mövzu ətrafında müzakirələr və müxtəlif nəzəriyyələr hələ də gündəmdə qalmaqda davam edir./lent.az

Seçilən
0
1
turkustan.az

2Mənbələr