Bakıda davam edən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər arasında şəhər və ərazi planlaşdırması, davamlı inkişaf sahələrində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, imzalanma mərasimi “Urban Expo” sərgisindəki Azərbaycan pavilyonunda işə başlayan Türk Dövlətləri Təşkilatının Yüksək Səviyyəli Şəhər Dialoqunda baş tutub.
TDT-nin üzvü olan dövlətlərin müşahidəçilərinin birgə şəhərləşməni davam etdirməsi üçün hökumətlərdən, bələdiyyələrdən, özəl sektordan, elmdən və vətəndaş cəmiyyətindən yüksək səviyyəli nümayəndələrin bir araya gəldiyi tədbirdə həmin regionda urbanizasiya məsələsi və əsas şəhər problemlərini həlli istiqamətində müzakirələr aparılır.