AZ

​Putinlə görüşə saat taxmaq qadağan edilib Maraqlı səbəb

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiya Federal Mühafizə Xidməti (FSO) Rusiya rəsmilərinə Putinlə təkbətək görüşlərdən əvvəl saatlarını təhvil verməyi əmr edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mediası qurumdakı mənbələrə istinadla məlumat yayıb.

Yeni tələb 2026-cı ilin aprel ayının ortalarında qüvvəyə minib. Putinlə görüşə həm elektron, həm də adi mexaniki saatlar taxmaq tamamilə qadağandır. Ziyarətçilərdən əvvəllər mobil telefonlarını, planşetlərini və noutbuklarını təhvil vermələri tələb olunurdu. İndi isə saat da bu sıraya əlavə olunub.

Məhdudiyyət bütün məmurlara, qubernatorlara, nazirlərə və şirkət rəhbərlərinə şamil edilir.

Qayda hələlik Putinin ən yaxın "daxili çevrəsinin" üzvlərinə şamil edilmir.

Bu qadağanın nə ilə bağlı olduğuna dair iki versiya var. Birincisi, həmin saatlar vasitəsilə danışıqların dinlənməsi ehtimalıdır. Lakin mexaniki saatlarda bunu etmək olduqca çətindir. İkinci versiya bununla görüşün vaxtının gizlədilməsidir. Belə ki, saatlardakı gün və zaman göstəricilərinin videoya düşməsindən, bu görüşlərin daha əvvəl, yoxsa efirə verildiyi gün baş verdiyini müəyyən etmək olar. Daha bir qeyri-real görünən versiyaya görə isə metal saatla Putinə xəsarət yetirilməsinin mümkünlüyüdür. Lakin bunu hansısa məmurun, nazirin edəcəyi olduqca az inandırıcıdır.

Bir sözlə, mütəxəssilərin dediyi kimi, Putinin təhlükəsizliyinin təmin edilməsi şizofreniya səviyyəsinə çatıb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
azpolitika.info

1Mənbələr