AZ

“Avroviziya”da niyə sonuncu olduq? - Maraqlı səbəb

Azərbaycan təmsilçisi Cəmilə Həşimova Avstriyanın paytaxtı Vyanada keçirilən Avroviziya Mahnı Müsabiqəsində 15 ölkənin yarışdığı ikinci yarımfinalda sonuncu, 15-ci yeri tutub.

"Just go" mahnısı ilə səhnəyə çıxan təmsilçimizə cəmi 2 xalı Bolqarıstan verib. Hətta 14-cü yeri tutan Ermənistan da bizdən xeyli çox səs toplayıb - 49 səs.

Ümumiyyətlə, son illərin təcrübəsi göstərir ki, Azərbaycan təmsilçiləri ildən-ilə bu yarışmada daha zəif nəticələr göstərirlər.

Publika.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Bakupost.az-a açıqlamasında əldə edilən zəif nəticənin Azərbaycanda belə bir yarışmaya marağın itməsilə əlaqədar olduğunu bildirib:

“Təmsilçimizin kompozisiyasını dinlədim. Pis deyildi. Kifayət qədər uğur qazana biləcək kompozisiya idi. Amma görünən odur ki, prosesə əvvəlki illərdə olan maraq yoxdur”.

Seçilən
0
3
publika.az

4Mənbələr