AZ

Aİ Rusiyaya qarşı sanksiyaların uzadılması prosedurunu sadələşdirmək niyyətindədir

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avropa İttifaqı (Aİ) Şurası iyun ayında Rusiyaya qarşı tətbiq olunan sanksiyaların uzadılması prosedurunu əhəmiyyətli dərəcədə sadələşdirməyi planlaşdırır. Yeni qaydalara əsasən, sanksiyaların hazırkı kimi hər altı aydan bir deyil, birbaşa bir il müddətinə uzadılması nəzərdə tutulur.

Bizimyol.info xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

“Aİ liderləri gələn ay Brüsseldə keçiriləcək görüşdə sanksiyaların uzadılma müddətinin hazırkı altı aylıq formatdan illik formata keçirilməsini müzakirə edəcəklər”, - deyə nəşrin məlumatında qeyd edilir.

Aİ-nin Rusiyaya qarşı ilk sanksiyaları 2014-cü ilin yazında rus ordusu Krımı işğal etdikdən sonra tətbiq olunub. Həmin vaxtdan etibarən bu sanksiyalar hər altı aydan bir uzadılıb və mütəmadi olaraq genişləndirilib. Hazırda Aİ Rusiya iqtisadiyyatına qarşı 20 sanksiya paketi qəbul edib və bununla da Rusiyaya qarşı tətbiq olunan məhdudiyyətlərin həcmi təşkilat tarixində rekord səviyyəyə çatıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
bizimyol.info

1Mənbələr