AZ

Braziliyalı iştirakçı: WUF13 innovativ həllərin genişləndirilməsi üçün çox unikal bir fürsətdir

Bakı, 19 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası kimi tədbirlər yeni təşəbbüsləri yaymaq, müzakirələrə başlamaq üçün çox inklüziv və vacib məkanlardır.

Bunu AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Braziliyadan olan iştirakçısı, hüquqşünas və şəhərsalma üzrə mütəxəssis Tarcyla Ribeiro deyib.

O bildirib ki, bu, həqiqətən vacibdir, çünki innovativ həllər üzərində işləyərkən daha dərindən müzakirə apara, baxışlarımızı zənginləşdirə və əlbəttə ki, dəstək əldə edə biləcəyimiz məkanlar çox azdır. Beləliklə, WUF13 bu elementləri əldə edib innovativ həllərimizi genişləndirmək üçün çox unikal bir fürsətdir.

Seçilən
0
3
azertag.az

4Mənbələr