Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Mayın 19-da kişilər arasında Liqa yarışının II turu keçirilib.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Abşeron Olimpiya İdman Kompleksində baş tutan turnirdə 44 klub və idman cəmiyyətini təmsil edən 214 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb.
Bu il kişilər arasında Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Turların yekununa əsasən idmançıların reytinq siyahısı formalaşacaq.
Mükafatçıları təqdim edirik:
-60 kq
1. Babarəhim Mirzəyev (JC 2012 Qobustan)
2. Ayxan İslamlı (Judo Club 2012)
3. Bahadır Feyzullayev (Neftçi İK)
3. Murad Əliyev (Ordu İdman Klubu)
-66 kq
1. Hüseyn Allahyarov (Judo Club 2012)
2. Zahir Ağazadə (Safarov Judo Academy)
3. Elşən Əsədov (Atilla İK)
3. Nihad Rəhimov (RKİM)
-73 kq
1. Nəriman Mirzəyev (Neftçi İK)
2. Fəqan Məmmədli (Judo Club 2012)
3. Nurlan Kərimli (Judo Club 2012)
3. Əlimöhsün Hacıyev (Sərhədçi İM)
-81 kq
1. Süleyman Əliyev (Judo Club 2012)
2. Kənan Məmmədli (Judo Club 2012)
3. Nahid Tarquliyev (Neftçi İK)
3. Cahandar Haqverdiyev (Atilla İK)
-90 kq
1. Xəyyam Əliyev (Azəri-Cüdo İKİB)
2. Zeynalabdin Xudaverdizadə (Sumqayıt Olipiya İK)
3. Nihad Şıxəlizadə (FHN İSK)
3. Qəzənfər Kazımlı (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
-100 kq
1. Tunar Fərzəliyev (Judo Club 2012)
2. Fərid İsmayılov (Judo Club 2012)
3. Sərdar Səfixanov (Kanokan-TT İK)
3. Canpolad Əliyev (Azəri-Cüdo İKİB)
+100 kq
1. Camal Feyziyev (Sərhədçi İM)
2. Eldar Əliyev (Atilla İK)
3. Orxan Yaqubov (Kano PİK)
3. Rauf Yadigarlı (RKİM)
Qabil YUSİFOĞLU
XQ