AZ

Sabah hava necə olacaq? –PROQNOZ

Mayın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

 

Senzor.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Havanın temperaturu gecə 15-17°, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 75-80%, gündüz 55-60% təşkil edəcək.

 

Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə, günün ikinci yarısından isə əksər rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 13-17°, gündüz 23-28°, dağlarda gecə 5-10°, gündüz 12-17°, bəzi yerlərdə 19-24° isti olacaq.

Seçilən
2
49
senzor.az

10Mənbələr