AZ

16 yaşlı türkiyəli futbolçu öldü

Türkiyənin "Ankara Keçiörengücü" klubunun gənclərdən ibarət komandasının futbolçusu Abdullah Sultanoğlu 16 yaşında yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Spor Arena" portalı məlumat yayıb.

Bildirilib ki, şənbə günü motosiklet idarə edən oyunçu qəzaya düşüb. Ona ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Sezar pizza

Qeyd edək ki, "Ankara Keçiörengücü" Türkiyənin gücünə görə ikinci divizionunda çıxış edir./Oxu.az


Telegram kanalımız
Seçilən
13
6
yenisabah.az

7Mənbələr