AZ

Ucarda oğul anasını traktorla vuraraq öldürdü

Ucarda oğul anasını traktorla vuraraq öldürüb. Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumatına görə, hadisə bu gün rayonun Alpı kənd ərazisində baş verib. Ucar şəhər sakini, 1989-cu il təvəllüdlü Gündüz Yaqub oğlu Faxrətov "Belarus" markalı traktoru arxaya verərkən anası, 1959-cu il təvəllüdlü Adilə Əkbər qızı Abbasovanı vurub. Ağır xəsarətlər alan Adilə Abbasova həyatını itirib.Faktla bağlı araşdırma aparılır.

Davud Tarverdiyev / Metbuat.az

Seçilən
19
15
metbuat.az

10Mənbələr