AZ

Slovakiya ilə sənaye, ticarət, enerji, infrastruktur və digər sahələrdə əməkdaşlıq nəzərdən keçirilib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 19 may, AZƏRTAC

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Slovakiya Respublikasının investisiyalar, regional inkişaf və informasiya naziri Samuel Miqal ilə görüş keçirib.

AZƏRTAC nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Slovakiya arasında münasibətlərin dinamik inkişaf etdiyi vurğulanıb, iqtisadi əməkdaşlığın genişlənməsinin qarşılıqlı tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiyi qeyd olunub.

Tərəflər iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyini nəzərdən keçirərək iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş imkanların olduğunu bildiriblər.

Müzakirələr zamanı qarşılıqlı investisiyaların təşviqi, biznes subyektləri arasında əlaqələrin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Görüşdə sənaye, ticarət, enerji, infrastruktur və regional inkişaf sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
8
azertag.az

9Mənbələr