"İnter" baş məşqçi Kristian Kivu ilə yeni müqavilə imzalamaq barədə razılığa gəlib.
Sportal.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.
umıniyalı mütəxəssisin hazırkı sözləşməsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Tərəflər müqavilənin müddətini daha bir mövsüm - 2028-ci ilin yayına qədər uzatmaq barədə razılığa gəliblər. Anlaşmada müddətin daha 1 il artırılması variantı da nəzərdə tutulub.
Məşqçinin maaşı iki dəfə artaraq ildə təxminən 4 milyon avro təşkil edəcək. Bütün əsas şərtlər artıq razılaşdırılıb.
Kivu 2025-ci ilin yayında "İnter"in sükanı arxasına keçib və 2025/26 mövsümünün yekununda komandaya "qızıl dubl" qazandırıb. Milan təmsilçisi İtaliya çempionatında və İtaliya Kubokunda qələbə sevinci yaşayıb.
saytlarin hazirlanmasi