Yaş olduğu üçün asanlıqla bakteriyalar çoxala bilən qabyuyan süngərlər bir neçə damcı "təbii dezinfeksiyaedici" ilə parıldayan təmizliyə qovuşur.
Medicina.az xəbər verir ki, mətbəxdə gündəlik istifadə edilən qabyuyan süngərlər, nəm quruluşlarına görə bakteriyaların ən sürətli çoxaldığı məhsullar arasındadır.
Mütəmadi təmizlənməyən süngərlər zamanla pis qoxulara və gigiyena problemlərinə səbəb ola bilər.
Lakin, evdə tapılan bir neçə sadə materialla həm süngərləri təmizləmək, həm də bakteriyaların böyüməsini azaltmaq mümkündür.

Bundan əlavə, bunun üçün yalnız bir neçə damcı təbii dezinfeksiyaedici kifayətdir.
Bunu sınayanlara görə, qabyuyan süngərə sadəcə bir neçə damcı ağ sirkə damcılatmaq qoxu və gigiyena problemini həll edir.
Qısa müddət saxladıqdan sonra yaxalamaq pis qoxuları nəzərəçarpacaq dərəcədə azaldır.
Aygün
Medicina.az