AZ

Gürcüstan mətbuatında WUF13-lə bağlı silsilə materiallar dərc edilib

Gürcüstanın aparıcı media resursları Baş naziri İrakli Kobaxidzenin Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasındakı (WUF13) çıxışı və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, eləcə də iki ölkə arasında imzalanan sənədlər barədə silsilə materiallar dərc edib.

AZƏRTAC xəbər verir ki, interpressnews.ge, bpn.ge, kvira.ge, exclusivenews.ge, mix.metronome.ge, palitranews.ge, palitranews.ge, timer.ge, newshub.ge, aktual.ge, qafqazturk.kom, 24news.ge, interpress.ge, realnews.ge portalları, 1tv.ge televiziya kanalı və televiziyası, eləcə də rustavi2.ge televiziyası WUF13 –ün əhəmiyyəti, Gürcüstan Baş nazirinin Prezident İlham Əliyevlə görüşü, imzalanan saziş və protokolların əhəmiyyəti, gürcü nazirlərin verdiyi açıqlamalr barədə xəbərlər paylaşıblar.

Materiallarda Baş nazir İrakli Kobaxodzenin Bakıdakı qonaqpərvərliyə və Forumun yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycana rəsmi minnətdarlığı xüsusi qeyd edilib. Kobaxidzenin Bakı platformasını qlobal çağırışların (iqlim dəyişikliyi, sosial birlik və şəhərsalma) müzakirəsi üçün çox mühüm regional mərkəz kimi qiymətləndirdiyi vurğulanır.

Prezident İlham Əliyevlə keçirilən ikitərəfli görüşə toxunan gürcü mətbuatı, hər iki ölkənin regional nəqliyyat, logistika və enerji layihələrində əsas qovşaq rolunu oynadığını və Bakıdakı danışıqların bu strateji tərəfdaşlığı, eləcə də iqtisadi-ticarət əlaqələrini daha da dərinləşdirəcəyini qeyd edib.

1TV.ge yazır ki, Baş nazir İrakli Kobaxidze sosial şəbəkə hesabında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Prezident İlham Əliyevlə söhbət zamanı Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığını müzakirə etdiyi üçün məmnunluğunuı bildirib. Qeyd edib ki, söhbət zamanı Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı müzakirə edilib və qlobal əlaqə kontekstində regionumuzun rolunu gücləndirən birgə layihələrə xüsusi diqqət yetirilib.

İnterpressnews.ge portalı Baş nazirin fikirlərinə istinadla yazır ki, Bakıda imzalanmış müqavilələr Gürcüstan ilə Azərbaycan arasındakı münasibətlərdə mühüm əhəmiyyət kəsb edir. Bu müqavilələr iqtisadi və enerji tərəfdaşlığının dərinləşməsi ilə bağlıdır.

https://mix.metronome.ge portalında yayımlanan materialda isə deyilir ki, 6 illik fasilədən sonra Tbilisi ilə Bakı arasında gündəlik sərnişin dəmir yolu xidməti mayın 26-da bərpa olunacaq. Gürcüstanın Baş naziri uzun fasilədən sonra mayın 26-da Azərbaycandan Gürcüstana ilk sərnişin qatarının yola salınacağını yüksək qiymətləndirib.

www.bpn.ge portalı isə iki ölkə arasında imzalanmış sazişlərin əhəmiyyəti qeyd olunur. Baş nazir İrakli Kobaxidze bildir ki, bu sənədlər Gürcüstan və Azərbaycan arasındakı münasibətlərdə mühüm əhəmiyyət kəsb edir. Bu sazişlər iqtisadi və enerji tərəfdaşlığının dərinləşməsi ilə bağlıdır.

Bundan başqa portallarda Baş nazirin müavini, xarici işlər naziri Maka Boçorişvili, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrişvilinin WUF13 barədə və imzalanan sazişlər barədə fikirləri geniş işıqlandırılıb.

Seçilən
0
2
yeniazerbaycan.com

3Mənbələr