AZ

İran rəsmisi ABŞ-nin unvanına sərt açıqlamalar səsləndirib » AzadMedia.az

İran

İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi ABŞ Prezidenti Donald Trumpın İrana qarşı hücumların “müvəqqəti” dayandırılması ilə bağlı açıqlamalarına sərt reaksiya verib. O bildirib ki, Tehran heç bir halda təslim olmaq niyyətində deyil və istənilən hərbi təhdidə qarşı qətiyyətlə mübarizə aparmağa hazırdır.

İran rəsmisinin sözlərinə görə, Vaşinqton bir tərəfdən hücumların dayandırıldığını və diplomatiyaya şans verildiyini bəyan edir, digər tərəfdən isə istənilən an genişmiqyaslı hərbi əməliyyata hazır olduğunu açıqlayır. Qəribabadi bunu “təhdidin sülh imkanı kimi təqdim olunması” adlandırıb.

Nazir müavini vurğulayıb ki, İran xalqı birlik nümayiş etdirir və ölkə hər cür hərbi aqressiyanın qarşısını almağa hazırdır.
“İran vahid mövqedən çıxış edir və istənilən hərbi təcavüzə qarşı qətiyyətlə dayanmağa hazırdır. Bizim üçün kapitulyasiya anlayışı yoxdur: ya qalib gələcəyik, ya da şəhid olacağıq”, – deyə o bildirib.

Sonda iranlı diplomat şəhid Rəcəb Bəyginin sözlərini sitat gətirib: “Biz böyük xalqıq, adımızı tarixə yazın. Bütün rənglər içində qırmızını, bütün ölümlər içində isə şəhidliyi seçdik”.

Seçilən
0
1
azadmedia.az

2Mənbələr