ADY-nin WUF13 çərçivəsində birinci infosessiyası baş tutub
Bu barədə Ajans.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib. Məlumata görə, böyük maraqla qarşılanan infosessiyada iştirakçılara dəmir yollarının fəaliyyəti və inkişaf planları haqqında geniş məlumat verilib, həmçinin suallar cavablandırılıb. Bildirilib ki, AZCON Holding-in D15 stendində ADY-nin ikinci infosessiyası 20 may saat 12:00-da keçiriləcək.