AZ

Rüstəm Qasımov: Dayanıqlı şəhərin inkişafı etibarlı enerji mənbələri olmadan mümkün deyil

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 19 may, AZƏRTAC

İstənilən şəhər və ya urban inkişaf modeli etibarlı enerji mənbələri olmadan mümkün deyil. Biz enerji istehsalı və ötürülməsinə cavabdehik, həmkarlarımız isə paylanma sahəsini idarə edir. Dayanıqlı inkişafın təmin olunması üçün bütün bunlar kompleks yanaşma tələb edir.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13 cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Azərbaycan enerjisisteminin rəqəmsal idarəetmə arxitekturası” tədbirində çıxışı zamanı “Azərenerji” ASC-nin sədr müavini Rüstəm Qasımov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın enerji sektorunda uzunmüddətli inkişaf strategiyası həyata keçirilir.

Onun sözlərinə görə, xüsusilə rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının inkişafı enerji tələbatını əhəmiyyətli dərəcədə artırır.

“Yeni rəqəmsal infrastruktur və süni intellekt texnologiyalarının inkişafı böyük həcmdə enerji tələb edir. Süni intellektin inkişafı üçün əsas şərt etibarlı və dayanıqlı enerji təminatıdır”, – deyə o vurğulayıb.

Bildirilib ki, bu məqsədlə ölkədə yeni enerji istehsal layihələrinin icrası planlaşdırılır. Qeyd olunub ki, yaxın illərdə 534 meqavat gücündə qaz-turbin elektrik stansiyasının istifadəyə verilməsi, həmçinin 2028-2030-cu illərdə əlavə istehsal güclərinin yaradılması nəzərdə tutulur. Perspektiv planlara əsasən, 2040-cı ilədək təxminən 4 min meqavat yeni istilik enerjisi gücünün formalaşdırılması planlaşdırılır.

Ənənəvi enerji istehsalını hidroenerji ilə birləşdirməyi planlaşdırdıqlarını deyən R.Qasımov məqsədin yaşıl enerji balansını qorumaq və daha da inkişaf etdirməkdən ibarət olduğunu əlavə edib: “Yaşıl enerji üzrə beynəlxalq öhdəliklərin yerinə yetirilməsi sistem operatorları üçün mühüm çağırışlardan hesab olunur. Azərbaycan bu gün Avropa və dünya üzrə bərpaolunan enerji sahəsində ən dinamik inkişaf edən ölkələrdən biridir və Azərbaycanda ilk dəfə genişmiqyaslı batareya enerji saxlama texnologiyalarının tətbiqinə başlanılıb”.

Müxbir-Vüqar Qurbanoğlu

Fotoqraf-Azər İbrahimov

Operator-Şövqi Əzizov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
azertag.az

2Mənbələr