AZ

Azərbaycanla Özbəkistan arasında birgə elmi tədqiqat layihələri gerçəkləşə bilər

BAKI, 19 may. TELEQRAF

Elm və təhsil naziri Emin Əmrullayev Dünya Təhsil Forumu çərçivəsində Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Sardor Rajabov ilə görüş keçirib.

Bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Görüş zamanı Azərbaycan və Özbəkistan arasında ali təhsil, elm və innovasiya sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər universitetlərarası əlaqələrin genişləndirilməsi, birgə elmi tədqiqat layihələrinin təşviqi, akademik mübadilə proqramları və innovasiya ekosisteminin inkişafı istiqamətində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin gələcək dövrdə ortaq layihələrin təşviqi, innovativ yanaşmaların tətbiqi və insan kapitalının inkişafı istiqamətində əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Seçilən
18
teleqraf.com

1Mənbələr