
İki ölkə arasında açıq olmayan müqavilə çərçivəsində 2025-ci ilin sonlarında təxminən 200 Rusiya hərbi qulluqçusu Çində təlim keçib.
Yeniavaz.com xəbər verir ki, “Reuters” bu barədə üç Avropa kəşfiyyat agentliyindəki müvafiq sənədlərə və mənbələrə istinadən məlumat yayıb.
Rusiya hərbi təlimi Pekin və Nankindəki obyektlərdə keçirilib. Kurslar dronların, partlayıcı maddələrin, minaların və elektron müharibə sistemlərinin istifadəsinə yönəlib.