AZ

Bu məhsulların qiyməti kəskin ucuzlaşacaq

Yaddaş çiplərinin qiymətində son illərdə müşahidə olunan ciddi artımın yaxın dövrdə kəskin şəkildə aşağı düşə biləcəyi açıqlanıb.
BUTA.TVMusavat.com-a istinadən məlumatına görə, texnologiya nəhəngi “Samsunq” bildirib ki, çinli istehsalçıların bazara daha güclü daxil olması qiymətlərin ucuzlaşmasına səbəb ola bilər. Məlumata görə, xüsusilə DDR5 yaddaş modullarının qiyməti son illərdə 3-4 dəfə artaraq həm texnologiya şirkətləri, həm də istehlakçılar üçün ciddi problem yaradıb. Bu artım kompüter, server və süni intellekt sistemlərinin maya dəyərinə də təsir edib. “Samsunq” nümayəndələri bildiriblər ki, Çin şirkətlərinin yaddaş bazarında istehsalı artırması rəqabəti gücləndirəcək. Bu isə qiymətlərin sürətlə 3-4 dəfə aşağı düşməsinə gətirib çıxara bilər. Ekspertlərin fikrincə, hazırda xüsusilə süni intellekt texnologiyalarına tələbatın artması yaddaş çiplərinə ehtiyacı rekord səviyyəyə çatdırıb. Buna görə də son illərdə qiymətlər sürətlə yüksəlib.

Analitiklər hesab edirlər ki, bazarda təklif artarsa, həm kompüter komponentləri, həm də məlumat mərkəzləri üçün istifadə olunan yaddaş məhsullarında ciddi ucuzlaşma müşahidə edilə bilər.

Seçilən
0
3
buta.tv

10Mənbələr