“Azərbaycan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolları” SC arasında əldə olunmuş ilkin razılaşmaya əsasən, Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli müəyyənləşdirilib.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Məlumata görə, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq.
Tbilisidən isə qatar saat 21:00-da yola düşərək növbəti gün saat 06:24-də Bakıya çatacaq.