AZ

Arauxo “İnter”in hədəfində

“Barselona”nın müdafiəçisi Ronald Arauxo İtaliyanın “İnter” klubunun maraq dairəsinə düşüb.

 90deqiqe.Az xəbər verir ki, bu barədə “Sport.es” nəşri məlumat yayıb. Bildirilib ki, Milan təmsilçisi uruqvaylı futbolçunu yay transfer pəncərəsində müdafiə xəttini gücləndirmək üçün əsas variantlardan biri kimi nəzərdən keçirir.

Məlumata görə, Arauxo İspaniya klubuna Alessandro Bastoninin mümkün keçidi ilə bağlı aparılan danışıqlarda da istifadə oluna bilər və bu halda futbolçular arasında mübadilə variantı istisna edilmir.

Qeyd edək ki, Arauxo cari mövsümdə La Liqada 23 oyunda meydana çıxıb və 3 qol vurub. O, Çempionlar Liqasında isə 10 matçda iştirak edib.

Müdafiəçinin “Barselona” ilə müqaviləsi 2031-ci ilə qədər qüvvədədir. Onun bazar dəyəri təxminən 20 milyon avro olaraq qiymətləndirilir.

Seçilən
47
90deqiqe.az

1Mənbələr